Dünyada metal ( polad ) istehsalı mart ayında illik 1.7%; aylıq ortalama 15.9% artdı, ilk rübdə -0.1% azalıb. Birinci rübdə 10 ölkədən 8-də istehsal azaldı, yalnız Çin Xalq Respublikası və Hindistanda artdı; Martda və birinci rübdə ən böyük istehsal azalması Türkiyədə müşahidə olunub
Dünya Polad Assosiasiyasının (worldsteel) açıqladığı məlumatlara görə,
➡️ Mart ayında dünya xam metal istehsalı 1,7% artaraq 165,1 milyon tona çatıb. 2023-cü ilin fevral ayında 142,4 milyon ton ilə müqayisədə mart ayında hasilat 15,9% artıb.
➡️ İlin birinci rübündə dünya xam metal istehsalı 0,1% azalaraq 459,3 milyon tona düşüb.
➡️ Avropa Birliyi 27 regionunun istehsalı mart ayında 5,6% azalaraq 11,9 milyon tona düşüb; birinci rübdə 10,1% azalma ilə 33,1 milyon ton olub.
➡️ Böyük ölçüdə Türkiyə və İngiltərənin təmsil olunduğu Digər Avropa regionunda istehsal, Türkiyənin istehsalındakı kəskin daralmanın təsiri ilə mart ayında 14,1% oldu; Yanvar-mart dövründə isə 18,3% azalıb.
➡️ Mart ayında 4,1% artımla 124,8 milyon ton olan Asiyanın metal istehsalı, birinci rübdə 3,4% artımla 345,6 milyon tona çatıb.
➡️ Şimali Amerikanın xam metal istehsalı mart ayında 2,6% azalaraq 9,3 milyon ton olub; Yanvar-mart dövründə isə 4,1% azalaraq 26,8 mln.
➡️ Rusiya və Ukraynanın daxil olduğu MDB regionunun xam metal istehsalı mart ayında 3% artaraq birinci rübdə 11,8% azalaraq 21,4 milyon ton səviyyəsində qalıb.
➡️ Mart ayında 10 ən böyük metal istehsal edən ölkə arasında 5 ölkənin istehsalı azalıb; 5 ölkənin istehsalı artıb.
➡️ Mart ayında hasilatın ən çox azalması Türkiyə (-18,6%) və Braziliyada (-8,7%) müşahidə olunub.
➡️ İlin birinci rübündə metal istehsal edən 10 ən böyük ölkədən 8-də istehsal azalıb, yalnız 2 ölkənin (Çin 6,1%; Hindistan 3,0%) istehsalı artıb.
➡️ Birinci rübdə ən böyük istehsal azalması 21,5% ilə Türkiyədə müşahidə olunub.
➡️ Birinci rübdə dünyanın ən böyük metal istehsalçısı olan Çinin istehsalı 6,1% artaraq 261,6 milyon tona çatıb.
➡️ Dünyanın ikinci ən böyük metal istehsalçısı olan Hindistanın istehsalı, 2022-ci ildəki 5,5% artımdan sonra birinci rübdə də böyümə tendensiyasını davam etdirərək, 3% artımla 33,2 milyon tona çatıb.
➡️ Birinci rübdə xam metal istehsalı Yaponiyada 6,0%, ABŞ-da 4,0%, Rusiyada 1,3%, Cənubi Koreyada 1,5% azalıb.
➡️ Mart ayında 18,6% azalan Türkiyənin xam polad istehsalı ilin ilk rübündə 21,5% azalaraq 7,4 milyon tona düşüb. Türkiyə həm mart, həm də yanvar-mart aylarında metal istehsal edən ilk 10 ölkə arasında ən çox istehsal azalan ölkə olub.
➡️ Türkiyənin xam polad istehsalı fevral ayında 28,9%, yanvar-fevral dövründə isə 23,1% azalıb.
#metal #xammal #damörtükləri #dəmir #HRC #PPGI #CR #GI