BM supply MMC

Haqqımızda

BM supply MMC və ya bu sahədə tanınan marka adımız OVERMETAL olaraq Dam örtükləri, Sendviç panel, metal rulon, vida ( şurup ) , xüsusi sifarişlərlə tikinti məhsullarının  idxalı, distributorluğu, topdan və pərakəndə satışı işini əhatə edən , gələcək hədəfləri böyük olan gənc, dinamik və təcrübəli kollektivi ilə fəaliyyət göstərən bir şirkətdir.

Overmetal kollektivi 2013-cü ildən tikinti sahəsindədir. Kollektivimizin əsası ilkin olaraq Çin Xalq Respublikasından başlayır. Kollektivimiz ÇXR-da dam örtüklərinin, dəmir listlərin, rulonların Brazilya, Küveyt, Ukrayna və bir sıra ölkələrə ö cümlədən Azərbaycana satışı üzrə zəngin təcrübəyə malikdir. Hazırda şirkətimiz qeyd etdiyimiz məhsulların ölkəyə idxalı və satışını həyata keçirir. Satışını təşkil etdiyimiz məhsulların beynəlxalq standartlara əasında keyfiyyət, uyğunluq və mənşə sertifikatları mövcuddur.

Şirkətimizin paylaşdığı dəyərlər :

Şirkətimiz istər daxili prosedurlarında, istərsə də əməkdaşlıq etdiyi yerli və xarici partnyorlar ilə hər zaman dürüstlük dəyərinə sadiq qalaraq, bu müstəvidə əlaqələr quraraq, bu əlaqələrin daha da inkişaf etməyi üçün çalışır.

İnsan resursları strategiyamıza əsaslanaraq bu sahədə peşəkar kadrlar ilə birlikdə müştərilərimizə profesional şəkildə yanaşırıq.

Bizim üçün Güvən – maddi qarşılığı olmayan, fəaliyyət göstərdiyimiz sahədə zamanla formalaşmış, müştərilərimizin bizi seçməsindəki ən önəmli faktorlardan biridir. Bununla birlikdə lazım olan zaman, məkan və şəraitdə daim müştərilərimizin tələblərini operativ şəkildə (7/24) qarşılayırıq.

Fəaliyyətimizdə keyfiyyətli məhsul və müştəri məmnuniyyəti hər zaman rəhbər tutulur. Müəssisə fəlsəfəsinin əsasını keyfiyyətli məhsullar və sifarişçilərin tələbatına uyğunluq təşkil edir.