Kenet

Texniki göstəricilər

Material: Polad təbəqə, alüminyum, alüzing, mis və sink kimi metal örtük

Qalınlıq: 0.20 mm – 0.50 mm

Metalın eni: 310 mm, 410 mm

Rəng: RAL

Xülasə

Estetik görünüşdən və bağlantısız ( deşik açılmadan ) su sızıntısı riskinə qarşı həssas olan lüks evlərin, binaların, anbarların vazkeçilməz seçimidir. Keçməli və ya mexaniki kenetli bu sistemlərin alt quruluşu əsasən taxta pərdilər və yaxud OSB lövhələr ( buxar izolyasiya daxil ) üzərində Z profilləri ilə bərkidilərək quraşdırılır.  Kenet dam örtükləri daha çox Amerika, Avropa və Yeni Zellandiya da istifadə olunur. Bu gün Azərbaycanda da artıq kifayət qədər yayılan kenet dam örtükləri haqqında ətraflı məlumatı email ünvanımıza yazaraq və yaxud zəng edərək ala bilərsiniz .

Kenet dam örtüyü bir qat boya ilə örtülmüş, qalınlığı 0,38 ilə 0,50 mm arasında olan sink örtüklü (Z80 – Z120) formalı polad təbəqədən, alüminyum, alüzing, mis və sink kimi metal örtük materiallarını kenet istehsal avadanlığı ilə istənilən uzunluqlarda kəsmək mümkündür.

Kenet dam örtükləri klipslərlə OSB üzərinə bərkidilərək, kenet sıxma avadanlığı ilə quraşdırılır.  Nəticədə heç bir deşik açılmadan kenet dam örtüyü istifadəyə verilir.